Magistral yolun işıqlandırılmaması piyadaların ölümünə səbəb olur – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO

Paytaxtdan cənub zonasına gedənlər bu yolun təhlükəli olması ilə bağlı aidiyyəti qurumlara dəfələrlə çağırış ediblər. Lakin hələ də bir dəyişiklik yoxdur.
Avtosfer.az-ın “WhatsApp” nömrəsinə şikayət edən Salyan rayon sakini bildirib ki, yolun vəziyyəti dəfələrlə qəzaların baş verməsinə səbəb olur.
Bakı–Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində gecə saatlarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada həyatını itirmiş, bir ailə isə gənc atasını itirərək başsız qalmışdır. Təəssüf ki, bu, sözügedən ərazidə ilk belə faciə deyil.
Sözügedən yol sahəsində işıqlandırmanın olmaması gecə vaxtı hərəkəti son dərəcə təhlükəli edir və ölümlə nəticələnən ağır qəzaların baş verməsinə səbəb olur. Vətndaş qeyd edir ki, yeni istifadəyə verilən yolda belə işıqlandırma təmin edilmədiyinə görə yenə eyni hallarla üzləşmək məcburiyyətindədirlər. Vətəndaşın atdığı videodan da görünür ki, yolun kənd ərazisindən keçən hissəsinə heç işıq dirəkləri də qoyulmayıb. Magistral yolun yaşayış sahəsi ərazisində belə 50-60 kilometr-saatla da hərəkət mümkün deyil. Digər tərəfdən yolu keçmək istəyən piyadalar qaranlıq saatlarda görünmədikləri üçün faciə qurbanı olurlar.
Sakinlər aidiyyəti qurumlardan Yenikənd kəndində yol kənarlarının işıqlandırılması həyati zərurət olduğunu nəzərə alıb problemin təcili həllini tələb edir.
Səfər
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












