Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi? - RƏSMİ AÇIQLAMA

Qeyri-qanunu sərnişindaşıma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa, onların sürücülərinə cərimə yazıla bilər.
Bu barədə Baku.ws-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
Toğrul Nəsirli qeyd edib ki, bu məsələ Yol Hərəkəti Haqqında Qanunun 48-ci maddəsi ilə tənzimlənir: “Orada yalnız əvvəlcədən razılaşdırlmış marşrut xəttində hərəkət edən, müvafiq dayanacaqlarda dayanıb sərnişin düşürüb, sərnişin götürən avtobuslardan söhbət gedir. Digər nəqliyyat vasitələrinin zolağa daxil olması yolverilməzdir. Belə sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, protokol tərtib olunur.
Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər hallarda nəzərdə tutulmayan nəqliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












