Nişanın biri ağacın arxasında gizlənib, digəri isə görünmür: Sürücülər cərimələnir - FOTO

Bakıda düzgün yerə quraşdırılmayan yol nişanları sürücülərin cərimələnməsinə səbəb olur. Oxuculardan biri bu barədə Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Belə ki, söhbət paytaxtın Sabit Rəhman və Xan Şuşinski küçələrinin kəsişməsindən gedir:
"Həmin küçədə düzünə və sola təşkil edilmiş məcburi hərəkət istiqaməti nişanı ağacın arxasında gizlədildiyi üçün sürücülər onu vaxtından əvvəl qavraya bilmir, bəzən isə heç görə bilmirlər. Həmin yolayrıcından sağa dönməyi qadağan etmək üçün isə giriş qadağandır nişanı quraşdırılıb. Bu nişan isə elə quraşdırılıb ki, dönən zaman onu da görmək mümkünsüz olur. Qarşıda dayanan polis əməkdaşları giriş qadağandır nişanının tələbini pozan sürücüləri cərimələyir. Yaxşı olardı ki, nişanları görünən yerə quraşdırsınlar ki, sürücülər də qayda pozmasınlar" - deyə oxucu bildirib.
Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan qurumlar ərazini müayinə edərək baş verən nöqsanı aradan qaldıracaq.
Fərid
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO














