Nişanla yol xətləri arasında ziddiyyət yaranarsa sürücü nə etməlidir? – EKPSERT AÇIQLADI - FOTO

Sosial şəbəkələrdə sürücülər arasında yol hərəkəti qaydalarına dair cavabı müəmmalıq qalan sualların sayı artmaqdadır. Xüsusilə gündəlik hərəkətdə sürücüləri çaşqın vəziyyətə salan hallardan biri də yol nişanları arasında yaranan ziddiyyətlər və ya yol nişanları ilə yol xətləri arasında uyğunluğun pozulmasıdır. Belə vəziyyətlərdə hansı nişanın əsas götürülməsi və ya sürücünün necə davranmalı olduğu ilə bağlı suallar tez-tez gündəmə gəlir.
Avtosfer.az-a müraciət edən izləyicilərdən biri bu məsələyə toxunaraq belə bir sual ünvanlayıb: “Əgər iki yol nişanı arasında ziddiyyət yaranarsa və ya yol nişanı ilə yol xətləri arasında uyğunluq olmasa, sürücü hansı göstərişə əməl etməlidir? Həmçinin, əgər yol xətləri silinib və ya görünməz hala düşübsə, bu zaman sürücü hansına önəm verməlidir?”
Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında bildirib ki, əgər yol nişanları arasında ziddiyyət yaranarsa və vətəndaş bu səbəbdən cərimə olunubsa, o zaman həmin cərimənin ləğv edilməsi ilə bağlı Dövlət Yol Polisinə müraciət etməlidir:

“Əgər sürücü hələ cərimə olunmayıbsa, lakin belə bir uyğunsuzluqla qarşılaşılıbsa, bu barədə də mütləq şəkildə DYP-yə məlumat verməli və ziddiyyətin aradan qaldırılması təmin olunmalıdır. Bu cür halların qarşısını almaq üçün yol-patrul xidməti əməkdaşları da məsuliyyət daşıyır. Əgər avtomobil yollarında ziddiyyətli yol nişanları və ya xəttlərlə rastlaşırlarasa, onlar dərhal öz rəhbərliklərinə məlumat verməli və sürücülər arasında yaranan çaşqınlığın qarşısını almalıdırlar”.
Fidan
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












