Ödənişli yolda maksimum sürət həddi və radar nişanları quraşdırıldı - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu üç aydır istifadəyə verilib. Amma indiyə kimi sürücülər arasında yolda maksimal sürət həddi ilə bağlı müzakirələr aparılır.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, artıq ödənişli avtomobil yolunda maksimal sürət həddini göstərən yol nişanları quraşdırılıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində ən yüksək sürət həddi 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Bununla yanaşı yaxın vaxtlarda yolda radarlar və digər xüsusi texniki vasitələrin quraşdırılması da nəzərdə tutulub. Artıq yolboyu radar və videokamera nişanları yerləşdirilib.
Hazırda ödəmə məntəqələrində də yalnız POS-terminal vasitəsilə nağdsız qaydada ödəniş etmək mümkündür. Yeni yolda hələlik yanacaqdoldurma və təmir məntəqələri fəaliyyət göstərmir.
Hazırda yoldan daha çox yük avtomobilləri istifadə edir. Həftəsonları isə yolda minik avtomobillərinin sayı da çoxalır. Şimal bölgəsinə istirahətə gələnlər yeni yoldan istifadə etməyə üstünlük verirlər.
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












