Qanunsuz silahlara qarşı bu günün mübarizəsi cinayətsiz sabahlara doğru addımdır - FOTOLAR

Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz saxlanılan silah-sursatla bağlı aparılan kampaniya çox müsbət nəticə verdi. Son günlər demək olar ki, hər gün onlarla qanunsuz silah-sursatın polisə təhvil verildiyinin şahidi oluruq. Polis öncədən açıqlama verdi ki, vətəndaşlar belə silahları könüllü təhvil verərsə heç bir məsuliyyət daşımayacaqlar. Və bu açıqlamadan sonra xeyli saytda döyüşə yararlı silah-sursat təhvil verildi.
Bu barədə hər birimiz təbliğat aparmalıyıq. Belə silahların təhvil verilməsi cinayətkarlığa qarşı mübarizənin bir formasıdır.
Unutmayaq ki, təhvil verilən və ya polisin müsadirə etdiyi bir silah gələcəkdə bir neçə cinayətin qarşısını almaq deməkdir.
Sağlam cəmiyyət üçün hər birimiz addım atmalıyıq. Ətrafımızda maarifləndirici söhbətlər apararaq insanları qanunsuz saxladıqları silah-sursatı polisə təhvil verməyə həvəsləndirməliyik. Bəzən insanlar bundan qorxur, çəkinir. Ancaq bir səhv o silahları əldə etməkdirsə ikinci səhv onları gizlədib saxlamaqdır. Bu gün insanların psixoloji durumu gərgindir. Kiçik bir mübahisədən ağır cinayətlər törədilir. Kiminsə evində odlu silah varsa bir gün onu hansısa cinayətdə istifadə etməyəcəyinə heç kim zəmanət verə bilməz. Hirs, ani yaranan əsəb insanı silaha əl atmağa vadar edə bilər. Amma o silah evdə olmasa cinayətlik də bir iş qalmaz. Ola bilsin, insan qonşusu ilə mübahisə edib. Biri var, mübahəsini ən pis halda təpik-yumruqla bitirmək, biri də var, silaha ət atmaq. Hansı daha ağırdır? Əlbəttə, silaha ət atmaq. Yumruqla zərbə vurub cərimə oluna bilərsiniz, tənbeh verərlər. Amma silaha ət atılırsa 100 faiz cinayət işi açılacaq. Odur ki, elə indi qərar vermək lazımdır; bu silah-sursat nəyə lazımdır? Niyə saxlayırsınız? Məqsəd nədir? Silahsız həyat cinayətsiz həyat deməkdir. Seçib sizindir...
Elməddin Muradlı
DİN yanında İctimai Şuranın üzvü,
Avtosfer.az saytının rəhbəri
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO


















