Saray yolunda təmir gedir; nişan yox, tozdan göz-gözü görmür - ŞİKAYƏT - VİDEO

Bu gün ölkə ərazisində elə yollar var ki, ya təmir işləri gecikdirilir, ya da bu proses heç bir təhlükəsizlik tədbiri görülmədən həyaa keçirilir.
Avtosfer.az xəbər verir ki, Abşeron rayonu Saray qəsəbəsindəki təmir işləri getsə də istismarda olan yol sürücülər üçün çətin anlar yaşadır.
Belə ki, qəsəbənin əsas yollarından biri olan General Məhəmməd Əsədov küçəsində gedən təmir işləri zamanı yaranan toz ərazidən istifadə edənləri narazı salır. Sürücülər qəsəbənin mərkəzi yolu olan heydər Əliyev prospektindəki kəsişmədən sonra artıq önünü görə bilmir. Bu da həm qəzaları qaçılmaz edir, həm də piyadaların həyatını təhlükə altında qoyur.
Vətəndaşlar bildirir ki, ən çox problem yaranan hissə Bakı-Sumqayıt avtobuslarının dayanağından istifadə edənlərdir. Yolu keçməyə çalışan piyada yoldakı toz səbəbilə həm yaxınlaşan nəqliyyat vasitəsini görmür, həm də yolu keçməkdə çətinlik çəkir.
Motosiklet sürücüləri üçün isə vəziyyət daha acınacaqlıdır. Dəbilqənin şüşə örtüyünün tozlanması onlar üçün qorxulu anların yaşanmasına gətirib çıxarır. Yolun həm sulanmaması, həm də hansısa xəbərdaredici vasitələrin olmaması problemin daha da böyüməsinə səbəb olur.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin tezliklə aradan qaldırılımasını tələb edir.
Səfər
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












