Sarı zolaqlar yollara niyə çəkilir? – İKİ SƏBƏBİ VAR
Yol nişanları
1 Sentyabr 2021 12:11

Ölkəmizdə yol kənarlarının sarı zolaqla rənglənməsi prosesi davam etdirilir. İndi “Zəfər yolu”nun Füzuli rayonu ərazisindən keçən hissəsində də oxşar təcrübədən istifadə olunub.
Sözügedən məsələ bir neçə ildir ki, geniş müzakirə və mübahisə mövzusuna çevrilsə də hər şey eyni qaydada davam edir.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) mətbuata verilən açıqlamalarda, zolaqların sarıya boyanmasıının estetik məqsədlə edildiyi bildirilmişdi.
Lakin hal-hazırda vəziyyət bir qədər fərqlidir. Belə ki, yenidənqurma işlərinin böyük sürətlə getdiyi Qarabağ ərazisində bir çox xarici şirkətlərin də fəaliyyət göstərməsini, eyni zamanda bölgənin yüksək turizm potensialını nəzərə aldıqda, regiona digər ölkə vətəndaşlarının böyük axımının baş verəcəyini asanlıqla söyləmək olar. Bundan əlavə, dünyanın əksər ölkələrində, habelə Avropada yol kənarlarının ağ zolaqla rənglənməsi məqsədəuyğun hesab olunur. Ümumilikdə isə, yol hərəkəti qaydalarının beynəlxalq təcrübəyə əsaslandığını nəzərə alsaq, xarici vətəndaşların fərqli situasiya ilə qarşı-qarşıya qalacaqlarını təsəvvür etmək heç də çətin deyil.
Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli ilə əlaqə saxladıq. Qurum rəsmisi sözügedən məsələnin ciddi problemlərə səbəb olmayacağını qeyd edib: “Hər hansı bir şəxs xaricə gedərək, orada avtomobil idarə etdikdə, onun fərqli ölkədə sürücülük vəsiqəsi alması ona mane olurmu? Çünki, müəyyən nişanlar və xətlənmələr ölkələrə görə fərqlilik göstərə bilər. Sürücü üçün əsas yol nişanları, yol göstərici xətlər nəzərə alınmalıdır və avtomobil idarə edən şəxslər buna uyğun hərəkət etməlidir. Yəni, yol kənarlarında sarı və ya başqa rənglərdən istifadə olunmasının heç bir əhəmiyyəti yoxdur”.
Ekspert Elməddin Muradlı isə Bizim.Media-ya verdiyi açıqlamasında sarı zolağın müvafiq nişan olmadan əhəmiyyətsiz olduğunu qeyd edib: “Bir çox insan sarı zolağın olduğu yerlərdə dayanma və durmanın qadağan olduğunu düşünür. Amma bu, belə deyil. "Yol hərəkəti haqqında" qanunda da bu müddəa öz əksini tapıb. Hazırda ölkəmizdə qüvvədə olan qaydalara görə, 1.4 sarı rəngli bütöv nişanlanma xətti yalnız 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanma və durmanı qadağan edir. Başqa sözlə, 3.27 nişanı yoxdursa, 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir mənası yoxdur. Yəni faktiki olaraq hazırda 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin heç bir əhəmiyyəti yoxdur və həmin nöqtələrdə avtomobili saxlamaq olar. Çünki həmin sarı xətlər sadəcə bəzək üçün çəkilib və pis də görsənmir”.
Ekspert eyni zamanda, dünya təcrübəsinin nəzərə alınmasının önəmini də vurğulayıb: “Dünya təcrübəsinin də nəzərə alınması vacibdir. "Yol hərəkəti haqqında" qanunda da göstərilib ki, Azərbaycanın yerli qanunvericiliyi və beynəlxalq normalar arasında ziddiyyət yaranarsa, beynəlxalq qaydalar üstün tutulmalıdır. Boyanın nə rəngdə olmasından daha çox, onun keyfiyyəti, yəni qalıcılığı və işıqqaytarıcı olması daha vacibdir”.
Qeyd edək ki, 2010-cu ilə qədər dünyada keçərli olan bu qayda Azərbaycan yolları üçün də keçərli idi. Buna baxmayaraq, 22 iyun 2010-cu ildə “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edildi və 1.4 sarı rəngli bütöv nişanlanma xəttinin az qala bütün dünyada qəbul edilmiş mənası dəyişdirildi.
Oxunub : 8524
DİGƏR XƏBƏRLƏR
3 İyul 2026 18:30
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO
1 İyul 2026 15:24
STOP nişanına indi süni intellektlə nəzarət ediləcək - FOTO - VİDEO
30 İyun 2026 19:00
Yolu bağladılar, amma nişanı götürmək yaddan çıxdı - VİDEO
29 İyun 2026 14:00
Mehdiabadın mərkəzi yolunda sürücülər və piyadalar taleyin ümidinə qalıb - VİDEO
23 İyun 2026 21:00
Sumqayıtda dayanacaqların yaxınlığında yol nişanı quraşdırılmayıb - VİDEO
22 İyun 2026 16:00
Bu tuneldə qaydalar dəyişdi: Sol zolaqla düzünə gedən sürücülər cərimələnəcək - VİDEO
19 İyun 2026 09:00
Bu parklanma yerində dayanmayın! - Ağacın arxasında sizi sürpriz gözləyir - VİDEO
16 İyun 2026 13:30
Nişanlar elə quraşdırılıb ki, sürücülər qayda pozmağa məcbur qalırlar - CƏRİMƏLƏR YAZILIR - VİDEO
15 İyun 2026 13:00
Bakının bir neçə ünvanında parklanma yerlərinin bəzi hissələri ləğv edildi - FOTOLAR
12 İyun 2026 09:00
Bu keçiddə piyada olmasa da cərimə yazıla bilər - Gülməli vəziyyət - VİDEO
10 İyun 2026 22:57
Laçında yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib - FOTOLAR
10 İyun 2026 13:30
Bu yol nişanları motosiklet qəzalarını azaltmağa kömək edir – EKSPERT - FOTO
ŞƏRH YAZ










