Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol - VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara düşüb. Vətəndaş sürət həddini aşmağa görə ünvanına gələn cərimədən narazıdır. Belə olan halda sürücü hara müraciət etməli, Problem necə həllini tapmalıdır?!
Sürücü iddia edir ki, sürət həddi saatda 90-km olan yolda 86 km sürətlə radara düşüb.
Ona gələn cərimə protokolunda Bakı-Qazax-Gürcüstan avtomagistralının 453-cü kilometrliyində sürətin saatda 60 km olduğu bildirilib. Onu ərazidə quraşdırılan sürət həddini ölçən cihaz yox, qarşıdan gələn, ərazidə xidmət aparan YPX-nin avtomobili çəkib. Vətəndaş isə cərimə ilə razı deyil.
YPX əməkdaşı isə vətəndaşa texniki səhv olduğunu bildirib. Onu Ağstafa rayonunun Polis Şöbəsində Yol Patrul Xidməti hissəsinə yönləndiriblər. Bildirilib ki, sürücü cərimənin ləğv edilməsi üçün ərizə ilə Baş Dövlət Yol Polis idarəsinə müraciət etsin. Eyni zamanda 902 qaynar xəttinə də zəng etməlidir. Vətəndaş YPX əməkdaşının dediyi kimi etsə də gözlədiyi nəticəni əldə edə bilməyib.
Vətəndaş bu cəriməni qısa zamanda ödəməsə avtomobili hər hansı bir stosianar postda saxlanılaraq müvəqqəti duracağa yerləşdirilə bilər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Xəzər Xəbərə açıqlamasında bildirib ki, əgər BDYP-nin cavab məktubu da onu qane etmirsə, vətəndaş özünü haqlı sayırsa, bu halda məsələyə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət etməlidir.
Bakıda heç bir işə yaramayan yol nişanı - SÜRÜCÜLƏR NARAZIDIR - VİDEO
Sakinlər yol nişanlanmasının düzgün aparılmamasından şikayət edirlər - VİDEO
Azərbaycanda ən sürətli yola 130 nişanı qoyuldu - Yol polisi XƏBƏRDARLIQ ETDİ - VİDEO
Maşını elə yerdə saxladı ki, giriş bağlandı - FOTO
Bloger prospektdəki piyada keçidini podiuma çevirdi, tənqid olundu - VİDEO
Universitetin qarşısındakı piyada keçidi necə təşkil edilməli idi? – Ekspert RƏYİ - FOTO
Əlil şəxs məşhur ticarət mərkəzinin önündə yolu keçməkdə çətinlik çəkdi – ŞİKAYƏT - VİDEO
Dairədə yarımçıq çəkilmiş “zebra” piyadaları çətin vəziyyətdə qoyur - VİDEO
Əlli santimetrlik küçədə svetofor var - FOTO
Bu nişanı görəndə çaş-baş qalan sürücülərin diqqətinə! – Mütləq izləyin - VİDEO
Bu zolağa girən "yandı": Nə düz getmək olur, nə də sola dönmək - VİDEO










