Sürücülər bu yolda daha cərimələnməyəcək - FOTO

Sürücülərin tez-tez şikayətləndiyi yoldakı nişan dəyişdirildi. Avtosfer.az xəbər verir ki, “Euro Home” ticarət mərkəzinin arxasındakı dairəyə 2.5 stop nişanı quraşdırılmışdı. Sürücülər dairə boyunca hərəkət edən zaman sağdan- Sulutəpə istiqamətindən gələn nəqliyyat vasitələrinə yol vermək üçün mütləq dayanıb gözləməli idilər. Yolda nəqliyyat vasitələri olmadığı halda belə nişanın tələbinə görə sürücülər yenə də mütləq dayanıb sonra hərəkət etməli idilər. Dayanmayan sürücüləri isə həmin ərazidə xidmət aparan yol polisləri cərimə edirdilər.
Qeyd edək ki, orada görünmə məsafəsi kifayət qədər olduğu üçün 2.5 nişanının həmin kəsişməyə quraşdırılması standarta uyğun hesab edilmir.
Sürücülərdən birinin şikayəti əsasında Bakı Nəqliyyat Agentliyinin əməkdaşları həmin əraziyə baxış keçirərək kəsişməyə quraşdırılmış 2.5 stop nişanını 2.4 yol ver nişanı ilə əvəz etdi. Bundan sonra dairə boyunca hərəkət edən sürücülər digər istiqamətdən nəqliyyat vasitələrinin gəlmədiyi halda dayanmadan hərəkət edə biləcək.
Təbriz
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












