Sürücülərin çaşbaş qaldığı küçəyə nişanlar quraşdırıldı - Əməl edənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO

Paytaxtın 28 May küçəsində quraşdırılan yeni yol nişanları sürücülər arasındakı çaşqınlığı aradan qaldırıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına fotoşəkillər göndərib. Belə ki, sözügedən küçədə sağ və orta zolaqda çəkilmiş ox işarəsi ancaq sağa, sol zolaqdakı ox isə düzünə və sağa hərəkətə icazə verir. Lakin ərazidə 1.18 nişanlanma xəttiylə yanaşı labüd nişanının (5.8.1 nişanı) olmaması yolayırıcına çatan, xüsusilə tıxac zamanı əksər sürücülərin düzgün zolaqda yerləşməmələrinə və cərimələnmələrinə gətirib çıxarırdı.
Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi lazımi tədbiri görüb. Artıq küçədə 5.8.1 nişanı təşkil olunub. Nəticədə sürücülər vaxtından əvvəl hansı zolaqda yerləşməli olduqlarını görürlər.
Qeyd edək ki, mövcud problemlə bağlı bir neçə gün öncə saytımızda xəbər dərc olunmuşdu.
Nərmin


Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO














