Sürücülərin kütləvi narazılığına səbəb olan bu yoldakı problem aradan qaldırıldı - FOTO - VİDEO

Avtosfer.az-ın məlumatına görə, polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində sözügedən ərazidə yol nişanıyla nişanlanma xətləri arasındakı uyğunsuzluq aradan qaldırılıb.
*** 18:00, 6 avqust
Qobustan rayonunun Çuxanlı kəndi ərazisində yol nişanı ilə nişanlanma xətləri arasında uyğunsuzluq sürücülərin narazılığına səbəb olub. Redaksiyamıza müraciət edən sürücülərdən biri bildirib ki, ərazidə ötməni qadağan edən yol nişanı mövcuddur, lakin nişanlanma xətləri qırıq-qırıq şəkildə çəkilib ki, bu da ötməyə icazə verildiyi mənasını verir.
Avtosfer.az xəbər verir ki, belə hallarda yol nişanı ilə nişanlanma xətti arasında ziddiyyət olmamalıdır. Hərəkətin təşkilindəki qeyri-dəqiqliklər sürücüləri çaşdıra və qəza riskini artıra bilər. Qaydalar baxımından sürücü bu halda həm yol nişanını, həm də nişanlanma xəttini əsas götürə bilər. Lakin videodan da göründüyü kimi, həmin ərazidə təhlükəli döngələr var. Ötmə zamanı real təhlükə yarana bilər.
Bu səbəbdən ötmənin qadağan olunduğu yerlərdə təkcə yol nişanı ilə kifayətlənmək olmaz. Eyni zamanda bütöv nişanlanma xətləri də çəkilməli, sürücülər üçün aydın və ziddiyyətsiz hərəkət təmin edilməlidir.
Fərid


Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO














