Sürücülərin şikayətlərinə baxmayaraq nişan quraşdırılmayan yolda qəza baş verdi - FOTO

Xırdalanda gecə saatlarında yolun ortasındakı ayrıcı zolağın görünməzliyi səbəbindən qəza baş verib. Sürücü qaranlıqda maneəni görmədiyi üçün onun üstünə çıxıb və avomobili ciddi zərər çəkdib. Avtosfer.az bildirir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində, Kristal Abşeronun qarşısında baş verib. Bu dəfə günah sürücüdə deyil, yola lazımı nişanları yerləşdirməyənlərdə olub. Bu iş isə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili şöbə heyyətinin səlayihətindədir. Belə ki, yolun ortasına yerləşdirilən yolayırıcı zolaqların başlanğıcında həm maneəni sağdan keçməni bildirən 4.2.1 nişanı, həm də hər hansı bir işıqqaytarıcı element yerləşdirilməlidir ki, burada bunların heç birinə rast gəlmək mümkün deyil. İşin acınacaqlı tərəfi isə odur ki, dəfələrlə sürücülər yoldakı bu problem barəsində şikayət etsələr də məsələ hələ də həllini tapmayıb. Xoşbəxtlikdən bu dəfə hadisə yalnız avtomobilin zərər çəkməsi ilə nəticələnib. Bəs növbəti dəfə necə olacaq...
Güman edirik ki, növbəti dəfəsi olmayacaq və aidiyiyyatı qurumlar bu məsləyə bir ancam çəkəcək.
Aysel
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












