Xırdalanda yeni nişanlar quraşdırıldı, xətlər yeniləndi - VİDEO

Xırdalan şəhərində rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Avtosfer.az xəbər verir ki, yarasız vəziyyətdə olan yol nişanları isə yeniləri ilə əvəz olunub. Abşeron rayon Dövlət Yol Polisi Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin Sumqayıt istismar sahəsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Xırdalan dairəsi istiqamətindən başlayaraq şəhərin müxtəlif ərazilərində rəngi solmuş piyada keçidləri yenidən rənglənib. Bundan əlavə, nəqliyyat axınının intensiv olduğu bir sıra küçələrdə yenidən piyada zolaqları salınıb.
Baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması istiqamətində görülən tədbirlər zamanı yollarda quraşdırılan köhnə və yarasız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub. Görülən işlərdən sakinlər də razılıq edib. Məlumat üçün bildirək ki, bu kimi tədbirlərin Abşeron rayonunun bütün kənd və qəsəbələrində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Şəfa
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












