Yol nişanı yoxdur, amma sürücülər cərimə edilir - FOTO

Nə avtobus dayanacağını göstərən nişan var, nə dayanacaq... Buna baxmayaraq ərazidə avtomobil saxlayan sürücülər dərhal cərimə edilirlər.
Söhbət Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nizami Gəncəvi parkının qarşısındakı ərazidən gedir.
Mövcud vəziyyətlə bağlı sürücülər tərəfindən saytımıza müraciət edilib. Şikayətçilərdən biri deyir ki, avqustun 15-də axşam saatlarında avtomobilini sözügedən ərazidə park edib. Geri qayıtdıqda isə İnzibati Xətalar Məcəlləsinin 346.2-ci (dayanma-durma qaydalarını pozma) maddəsi ilə 40 manat cərimə olunub.
Məsələ orasındadır ki, şikayətçi nəyə görə cərimələndiyini bilmir. Çünki park edilən yerdə avtobus dayanacağını göstərən nişan yoxdur, dayanacaq quraşdılmayıb.
Vəziyyətlə yerində tanış olmaq üçün qeyd olunan ünvana yollandıq. Gördüyümüz mənzərə isə şikayətçinin dediklərindən fərqli olmadı. Fotolardan da görünür ki, həqiqətən də nişanın bünövrəsi var. Amma nə vaxtsa nişanın özünün olub-olmadığı bilinmir:


Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, yolda avtobus dayanacağını gözlə görünən şəkildə göstərən yol nişanı yoxdursa, sürücünün cərimə edilməsi qanunauyğun deyil.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli deyir ki, avtobus dayanacağını müəyyən edən yol nişanının quraşdırılması üçün aidiyyəti üzrə müvafiq quruma məlumat verilib: “Bununla yanaşı tərtib olunan inzibati xəta protokolu araşdırılacaq, nişan çatışmazlığı olduğu vaxt ərzində tərtib olunan protokollara yenidən baxılaraq lazımi tədbir görüləcək”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə bildirilib ki, həmin ərazidə yol nişanı olub, lakin kənar şəxslər tərəfindən yararsız hala salınıb: “8 Noyabr prospekti, Nizami parkının qarşısında avtobus dayanacaq məntəqəsi mövcuddur. Həmin məntəqədən 4 müntəzəm marşrut xətti üzrə avtobus keçir. Ərazidə avtobus dayanacaq məntəqəsi təşkil edilən zaman müvafiq infrastruktur da qurulub. İnfrastruktur işləri çərçivəsində Yol hərəkəti qaydalarına əsasən, avtobus dayanacaq meydançasının yerini bildirən 1.17 nişanlanma xətti çəkilib və 5.12 yol nişanı quraşdırılıb. Lakin sonradan kənar müdaxilə nəticəsində yol nişanı yararsız hala salınıb. Bununla bağlı AYNA-ya məlumat daxil olub və hazırda nişanın bərpası üzrə iş aparılır”. (qafqazinfo)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












