Yol nişanları yenilənir - VİDEO

Muxtar respublika ərazisində yol nişanlarının asfalt üzərinə işarələnməsi sürücülərin narazılığı ilə qarşılanırdı. İzləyicilərin müraciəti əsasında Naxçıvan televiziyasının əməkdaşları bu məsələ ilə bağlı videomaterial təqdim etmişdi.
Televiziyanın çıxışından sonra aid qurumlar bu istiqamətdə işlərə başlayıb.
Sakinlər, xüsusilə də sürücülər bildirirlər ki, Naxçıvanda yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətinin əsas səbəblərindən biri hərəkəti tənzimləyən yol nişanlarının düzgün tənzimlənməməsidir. Bir çox yol nişanları yolun kənarında deyil, asfalt örtüyünün üzərində olduğundan həmin nişanlar lazım olan məsafədən görünmür. Yağıntılı və qarlı havada isə bu nişanları heç yaxın məsafədən də görmək mümkün olmur. Nəticədə bəzən qəzalar da qaçılmaz olur.
Bu barədə NTV-də təqdim olunan araşdırma materialından şəhərin küçə və prospektlərində yol nişanları yenidən qurulur və müvafiq yerlərdə nişanlar asfalt örtüyünün üzərində deyil, yolun kənarında quraşdırılır.
Görünən odur ki, ictimaiyyəti narahat edən bu cür problemlərin həlli əslində mümkündür və o qədər də çətin deyilmiş. Ümidvarıq ki, Naxçıvan televiziyasında yayımlanan və sakinləri narahat edən digər məsələlər də yaxın zamanlarda öz həllini tapacaq. (Nuhçıxan)
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












