Bakının bu küçəsində yaranan xaosu necə aradan qaldırmaq olar? - VİDEO

Paytaxtın Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində (Cavanşir körpüsündə) sürücülər qayda pozmağa məcbur olur. Altı zolaqdan ibarət olan Y.Səfərov küçəsinin bütün zolaqlarından yalnız sağa hərəkət təşkil olunduğu üçün sürücülər mövcud hərəkətin təşkilinə görə sağa dönərkən qanunvericiliyin tələbini pozmalı olurlar. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin VII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsi sağa dönərkən hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Qeyd etdiyimiz küçədən sağa- Cavanşir körpüsü istiqamətinə hərəkət edən sürücülər qanunun bu tələbinə görə ən sağ zolağa daxil olmalıdır. Lakin qanunun bu müddəasını əsas götürüb qaydalar çərçivəsində hərəkət etdikdə yolda xaos və təhlükə yaranır.
Bu cür mürəkkəb hərəkət trayektoriyası olan küçələrdə nəqliyyat vasitələrinin hərəkətini kanallaşdırmaq üçün qanunvericilikdə 1.7 nişanlanma xətti nəzərdə tutulub. Həmin nişanlanma xətti yolayrıcının hüdudlarında hərəkət zolaqlarını və trayektoriyanı göstərir. Bu nişanlanma xətti ilə nəqliyyat vasitələrinin trayektoriyalarını müəyyən edib sürücülərin rahat hərəkətini təmin etmək olar.
Ümid edik ki, hərəkətin təşkili ilə məşğul olan səlahiyyətli qurum qeyd olunan ərazini 1.7 nişanlanma xətti ilə təmin edəcək.
Təbriz Yusubov
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












