20 Yanvar metrosunun qarşısında xaos: Sürücülər ərazini avtovağzala çevirib - VİDEO

Paytaxtın 20 Yanvar metrostansiyasının qarşısında nəqliyyat xaosu hökm sürür. Avtosfer.az xəbər verir ki, günün pik saatlarında, xüsusilə axşam saat 17-dən 19-dək həmin ərazidə özbaşınalıq yaşanır.
Belə ki, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən çoxsaylı mikroavtobusların burada cəmləşməsi tıxacı daha da artırmaqla yanaşı, qanuni fəaliyyət göstərən avtobus xətlərinin də işinə problem yaradır.
Son dayanacağı “Azərsu” ASC-nin qarşısında olan 114 saylı müntəzəm marşrut xəttinin əməkdaşı Nurlan Ağayev bildirib ki, qeyri-qanuni fəaliyyət göstərən avtobuslar onların hərəkətini iflic edib: “Müşfiqabad, Pirəkəşkül və Hökməli qəsəbələri istiqamətində işləyən bu avtobuslar heç bir vergi ödəyicisi deyillər. Onlar xüsusilə 20 Yanvar abidəsinin qarşısında dayanaraq burada hərəkətə mane olurlar və biabırçı vəziyyət yaradırlar. Biz dəfələrlə aidiyyəti qurumlara və polisə bu barədə müraciət etmişik, lakin ərazidəki özbaşınalıq hələ də davam edir” - deyə N.Ağayev bildirib.
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












