Avtobus parkını yeniləmək üçün sahibkarlara müraciət - Şəffaf müsabiqələrə qatılın - VİDEO

Son vaxtlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda nəqliyyat sistemində yeniliklərin tətbiq edilməsi, bu sahədə inkişafa nail olunması üçün bir sıra addımlar atır. Onlardan biri də rayonlararası və şəhərlərarası avtobusların yenilənməsi, yeni xətlərin yaradılmasıdır. Nazirliyin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin elan etdiyi müsabiqələrdə iştirak edən hüquqi və fiziki şəxslər yeni xətlərdə işləmək üçün müxtəlif növ nəqliyyat vasitələri təqdim edirlər. Ümumən, sahibkarların bu sahəyə maraq göstərməsi alqışlanmalıdır. Lakin təqdim olunan avtobus və mikroavtobusların ilinin köhnə olması, bəzən isə müsabiqəyə az iştirakçının qatılması bizi narahat edir.
Nəqliyyat eksperti Elməddin Muradlı müsabiqə komissiyasının üzvü kimi baş verənlər barədə açıqlama verib. Bildirib ki, müsabiqəyə təqdim olunan avtobus və mikroavtobusların ili 1996-2005-ci illəri göstərir. Bu isə ciddi narahatlıq yaradır. Çünki avtobus parkının yenilənməsi gündəmdə olduğu bir vaxtda sərnişindaşıma sahəsində hələ də köhnə nəqliyyat vasitələri istismar olunur. Bu, həm yol hərəkəti təhlükəsizliyi baxımından, həm də sərnişinlərin rahatlığı baxımından narahatlıq doğuran bir haldır: “Biz bəzən komissiyanın iclaslarında alternativ variantlar tapa bilmirik. Ona görə də məcburən köhnə nəqliyyat vasitələrinin xəttə çıxmasına razı oluruq. Düzdür, sahibkarlar söz verir ki, tezliklə avtobusları, mikroavtobusları yeniləyəcəklər. Amma bunun nə vaxt baş verəcəyi məlum deyil”.
Elməddin Muradlı bildirib ki, sahibkarlar bu işə daha ciddi maraq göstərməlidir. Əmin olsunlar ki, artıq bu sahədə heç bir əngəl, neqativ hal yoxdur: “Tam obyektiv müsabiqələr keçirilir. Qalib gələnlərə də geniş imkanlar yaradılır ki, avtovağzal ərazilərdində rahat işləsinlər. Bəlkə də qanunsuz sərnişindaşımanın qarşısı alınsa bu sahədə dirçəlmə baş verəcək. Lakin tam əminliklə deyirəm ki, heç bir əngəl yoxdur, heç bir neqativ şərtlər irəli sürülmür. Bunu müsabiqədə iştirak edən hər kəs təsdiq edə bilər. Düşünürəm ki, sahibkarları bu işə cəlbt etməklə avtobus parkının yenilənməsinə və sərnişinlərin rahat və təhlükəsiz daşınmasına nail ola biləcəyik”.
Daha ətraflı videoda:
Orxan
Xırdalanda yol çöküb: Sakinlər aidiyyəti qurumlardan xahiş edir - VİDEO
Xanım sürücü ilə xanım təlimçi parkinqdə mübahisə etdi - Səhv kimdədir? - VİDEO
Dövlət qoruğuna gedən yol torpağın altında qalıb: Nəzarət edən yoxdur - VİDEO
Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI - YENİLƏNİB - VİDEO
Amalın anası Prezident İlham Əliyevə müraciət etdi: “GÜNAHKAR CƏZASINI ALSIN” - VİDEO
Yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni əməkdaşlıq dövrü başlayır – “Bolt”dan AÇIQLAMA - VİDEO
Ayaqlarını maşının pəncərəsindən sallayan sərnişin CƏZALANDIRILDI - VİDEO
Avtomobil ödəniş məntəqəsinə çırpıldı; ölən və xəsarət alanlar var - ANBAAN VİDEO
Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO
Qaydaları saymayan motosiklet sürücüsü iki sərnişinlə qırmızı işıqdan keçdi - VİDEO
Novxanıda qadın sürücü yolu keçən piyadaları vurdu - VİDEO










