Avtobuslar radara və kameraya düşməmək üçün nömrəsiz işləyir – DYP hara baxır? – VİDEO

Şamaxı rayonunda qeyri-adi hadisə baş verir. Sakinlərin Avtosfer.az-a verdiyi məlumata görə, 1 və 2 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusları nömrəsiz işləyir. Təqdim olunan videolardan da göründüyü kimi, avtobusların heç birinin üzərində dövlət nömrə nişanı yoxdur.
Sakinlərin sözlərinə görə, həmin avtobuslar ata və oğul tərəfindən yaradılan bir şirkətə məxsusdur. Onlar radara və kameraya düşməmək üçün nəqliyyat vasitələrinin üzərindəki nömrələri çıxarırlar. Belə olan halda sürücülər həm sürət həddini aşır, həm də digər qayda pozuntularına yol verirlər. Şamaxı DYP Bölməsi isə buna sadəcə göz yumur.
Qeyd edək ki, nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan idarə etməyə görə 60 manat 4 bal cərimə nəzərdə tutulur. Şamaxıda ata-oğula məxsus şirkətin isə 10-dan artıq avtobusu var və onların heç birinin üzərində nömrə olmur. Beləcə, onlar hər gün ən azı min manatlıq qayda pozuntusuna yol vermiş olurlar.
Görüntüləri təqdim edirik:
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












