Avtosfer.az – 11 İL XİDMƏTİNİZDƏ - VİDEO

Bu gün Azərbaycanın yol hərəkəti mədəniyyətində özünəməxsus yer tutan Avtosfer.az saytının fəaliyyətə başlamasından 11 il ötür. 11 aprel 2014-cü ildə fəaliyyətə başlayan sayt bu illər ərzində minlərlə oxucunun informasiya ehtiyacını qarşılamaqla yanaşı, cəmiyyətin maariflənməsinə mühüm töhfələr verib.
Avtosfer.az-ın əsas missiyası yol hərəkəti iştirakçılarını düzgün və dolğun məlumatlarla təmin etmək, təhlükəsizliyin təmin olunmasında ictimai şüuru formalaşdırmaqdır. Sayt həm peşəkar, həm də adi sürücülər üçün faydalı xəbərlər, ekspert rəyləri, təlim videoları, hüquqi izahlar və gündəmin ən aktual məsələləri ilə çıxış edir.
Bu 11 ildə yalnız xəbər yaymaqla kifayətlənməyib, həm də oxucularla sıx təmasda olub, onların suallarını cavablandırıb, problemlərinə tribuna açıb. Avtosfer.az, eyni zamanda, yol hərəkəti sahəsində baş verən qanun dəyişikliklərini, yenilikləri və hadisələri obyektiv, operativ və dəqiq şəkildə ictimaiyyətə çatdırmaqda öncül platformalardan biri olaraq qalır.
Biz bu yolda bizimlə olan bütün oxucularımıza, ekspertlərimizə və yol təhlükəsizliyi sahəsində çalışan hər kəsə təşəkkür edirik. Qarşıdakı illərdə də maarifləndirmə yolumuzdan sapmadan daha geniş auditoriyaya çatmaq, daha faydalı olmaq üçün çalışacağıq.
Avtosfer.az – Yolunuzu bizdən salın!
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












