Avtosfer.az yazdı, DİN reaksiya verdi, vətəndaşın problemi həllini tapdı - VİDEO

Bir neçə gün əvvəl Paytaxtın Ağ şəhər adlanan ərazisində "parkovşiklər" vətəndaşa hücum məkməsi ilə bağlı videomüraciəti Avtosfer.az saytı vasitəsilə yayımlanmışdı. Vətəndaş Elvin Mirəliyev ailəsi ilə Ağ şəhər ərazisində istirahətdən gələn zaman "parkovşiklərin" hücumuna məruz qalmışdı.
Vətəndaş yenidən videomüraciət yayımlayaraq Avtosfer.az saytına və DİN rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, məlumat yayımlandıqdan dərhal sonra onunla müvafiq qaydada əlaqə saxlanılıb və bu məsələdə günahkar olanlar cəzalandırılıb.
Elvin Mirəliyev problemi işıqlandırdığına görə saytmıza münnətdarlığını bildirb.
Xatırladaq ki, vətəndaş özünə məxsus 10-VL-011 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobili ərazidə park edib. Çıxan zaman isə özünü parkinq əməkdaşı kimi təqdim edən şəxs ondan pul tələb edib. Pulu vermədikdə isə digər "həmkarları" ilə bərabər ailəsinin yanında ona hücum çəkiblər. Təhqiredici ifadələr işlədib, avtomobilə və vətəndaşa zərbələr endiriblər.
Qeyd edək ki, vətəndaşı döyən şəxslər özlərini "Çinar parkinq" şirkətinin əməkdaşları kimi təqdim edib. Xatırladaq ki, adıçəkilən şirkət keçmiş polis rəisi, Nizami Qocayevə məxsusdur.
Xatırladaq ki, Nizami Qocayev son olaraq İsmayıllı rayon polis Şöbəsinin rəisi olub.
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












