Bakı-Sumqayıt yolunda qayda pozan “Niva” sürücüsü motosikleti vurdu - REAL VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 69-BB-151 dövlət nömrə nişanlı “VAZ-2121” (Niva) markalı avtomobilin sürücüsü hərəkətdə olan motosikletə əhəmiyyət vermədən sağa manevr edib və onu sıxışdıraraq vurub. Xoşbəxtlikdən motosiklet sürücüsü idarəetməni itirmədən hərəkətinə davam edib. Qəzanı törədən sürücü isə istiqamətini dəyişərək ayrıcı maneədən sağa keçid edib.
Təəssüf ki, bəzi sürücülər motosiklet, moped və velosipedləri görməzdən gələrək hərəkət edirlər. Nəticədə onlar təhlükə yaradırlar, ən pis halda isə qəzalara səbəb olurlar.
Qeyd edək ki, “Niva” sürücüsü öncədən düzgün zolağı seçməli və zolağın boş olduğuna əmin olduqdan sonra manevr etməli idi. Digər tərəfdən qanunvericiliyə əsasən, yalnız iki motosiklet, yaxud moped eyni zolaqda yan-yana hərəkət edə bilər. Bu hal digər nəqliyyat vasitələri üçün keçərli deyil.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












