Bakıda piyadaların daha çox vurulduğu yerdən ŞOK GÖRÜNTÜLƏR - VİDEO 16+
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Avtosfer.az saytı paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin təhlilini davam etdirir. Bu dəfə piyadaların avtomobillərlə daha çox vurulduğu Heydər Əlieyev prospekti 118 b və 132 ünvanlarında müşahidə aparılıb. Söhbət hazırda yeni tikilən piyada keçidinin yaxınlığından gedir. Yeri gəlmişkən, keçid istifadəyə tam hazırdır və son tamamlanma işləri aparılır. Buna baxmayaraq artıq öz həyatını və sağlamlığını düşünən insanlar həmin keçiddən istifadə edə bilirlər. Keçiddə normal şərait yaradılıb, pandus quraşdırılıb (uşaq və əlil arabası ilə hərəkət də mümkündür) və işıqlandırma təmin edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olublar. Onlar burada piyadavurma hadisələrinin təhlilini aparıblar. Məlum olub ki, yaxınlıqda yaşayan və ya işləyən bəzi vətəndaşlar yolu təhlükəli şəkildə keçməyə çalışırlar. Bu zaman onların avtomobillə vurulması halları baş verir.
Təqdim olunan videolardan görünür ki, piyadalar olduqca təhlükəli hərəkət edirlər və avtomobillərin qarşısına qəflətən çıxırlar. Hətta piyadaların sürücüləri çaşdırması nəticəsində də yol nəqliyyat hadisələri baş verir.
Təəssüf ki, yeniyetmə və gənclərin bu hərəkəti acınacaqlı mənzəyə səbəb olur. DYP-nin bölmə rəisi Vaqif Əsədov piyadalara müraciət edərək özlərini və digərlərini düşünməyi, həyatlarını təhlükəyə atmamağı tövsiyə edib.
Hadisələrin başvermə səbəbinə diqqət çəkən polkovnik bildirib ki, hadisələr əsasən sürətli zolaqda baş verir və bu zaman nəqliyyat vasitələrinin sürücüləri hadisənin qarşısını heç cür ala bilmirlər. Çünki piyadalar təhlükəli şəkildə qaçaraq yolun hərəkət hissəsinə daxil olurlar ki, bu zaman sürücü nə qədər çalışsa da sürəti azalda və piyadanı vurmaqdan yayına bilmir.
Yol polisi sürücülərə tövsiyə edir ki, Heydər Əliyev prospektinin həmin hissəsində diqqətli olsunlar. Çünki qəflətən yola piyadalar çıxa bilər. Hansı ki, piyadalar üçün həmin ərazidə keçid tikilib və yaxın günlərdə tam istifadəyə veriləcək.
Ekspert Elməddin Muradlı isə bildirib ki, piyadaların bu cür xaotik hərəkəti sürücüləri çaşdırır və qəzalar da bu səbəbdən baş verir. Hətta hadisələrin birində sürücü yolun ortasında təhlükə yaradan piyadaya irad tutur. Amma buna əhəmiyyət verməyən həmin piyada bir neçə saniyə sonra digər sürücü tərəfindən avtomobillə vurularaq öldürülür.
Digər mənzərə isə insanların avtomobilə əhəmiyyət vermədiyini göstərir, onlar təhlükəni hiss etmir və avtomobilin nə dərəcədə təhlükəli olduğunu dərk etmədən yola çıxırlar ki, bu da onların vurulması ilə nəticələnir.
Hadisə yerində təhlillər apardıqdan sonra Vaqif Əsədov və Elməddin Muradlı yeni tikilən piyada keçidindən istifadə edərək əks tərəfə keçiblərş. Bu zaman cəmi 50 saniyə vaxt itkisi etdiklərini müşahidə ediblər. Odur ki, siz də o ərazidə keçiddən istifadə etməyə üstünlük verin. Çünki 50 saniyə kiminsə həyatını puç etməkdən daha önəmli deyil.
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO

















