Bakıda ŞOK piyadavurma: Yolu keçən gənci avtomobil belə vurdu - VİDEO
Bakıda baş verən dəhşətli piyadavurma anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Görüntülərdə iki nəfər təhlükəsizlik adacığında dayanıb. Bir nəfər isə qarşı tərəfdən əks istiqamətə keçmək istəyir. Yola çıxan zaman isə olduğu zolaqda avtomobillərin istiqamətinə deyil, hələ növbəti keçəcəyi zolağın istiqamətinə baxır. Nəticədə avtomobil onu vuraraq qarşı yola atır. Bu zaman isə ikinci maşının sürücüsü qəfil manevr edərək piyadanı yenidən əzməkdən son anda xilas olur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu cür hadisələr daha çox piyada keçidləri olmayan ərazilərdə olur. "Piyadaların diqqətinə çatdırmaq istəyirik ki, görüntülərdə əks olunan ərazidə artıq yeraltı piyada keçidi var. Yolu keçərkən mütləq keçiddən istifadə etsinlər ki, həyatlarını itirməsinlər."
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












