Bakıda sürücülər yolun ortasında əlbəyaxa oldu - SƏBƏB - VİDEO

Paytaxtın Mikayıl Üseynov küçəsində iki sürücü arasında mübahisə yaranıb. Avtosfer.az xəbər verir ki, 10-NE-111 dövlət nömrə nişanlı, "Audi" markalı avtomobilin sürücüsü ən sol zolaqdan "Dalğa Plaza"nın parkinqinə daxil olmaq üçün dönmə edib. Bu zaman digər sürcülərin yolunu kəsib, hərəkət tam olaraq dayanıb. Buna etiraz edən "Toyota Prius" markalı avtomobilin sürücüsü isə onunla mübahisə edib. Digər sürücülərə səsi çıxmayan "Audi"nin sürücüsü nədənsə "Prius" sürücüsünü üstünə cummağa başlayıb. Digər sürücülərin də ona etiraz etdiyini gördükdə isə geri qayıdıb.
Qeyd edək ki, adıçəkilən ərazidə vəziyyət xüsusilə pik vaxtlarda acınacaqlı olur. Belə ki, sürücülər bütün zolaqları zəbt edərək parkinqə girmək istəyir. Bu da uzun tıxaclara səbəb olur. Ümid edirik ki, yol polisi orada zolaqlar üzrə hərəkət sxemini müəyyən edərək yolkəsən sürücüləri cərimə etməklə problemi aradan qaldırmış olacaq.
Videonu təqdim edirik:
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












