Bakıda tıxac dövrü nə vaxt başa çatır? - İşə başlanıldı - AÇIQLAMA - VİDEO

Paytaxtda uzun illərdir yaranan sıxlığın qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Nazirlər Kabinetinin ötən həftə verdiyi qərarda Bakının Baş planına uyğun olaraq, nəqliyyat infrastrukturunda bir sıra yeniliklərin edilməsi nəzərdə tutulub.
Bakı-Sumqayıt və Bakı-Lökbatan istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun inşası layihəsi üzrə işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir. Bu istiqamətdə sözügedən problemlərin həllinin Bakı şəhərinin Baş planına uyğun (yerüstü metro xətlərinin çəkilməsi, avtomobil yollarının genişləndirilməsi və alternativ avtomobil yolların tikintisi və s.) mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı Kənar Dairəvi yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək dairəvi avtomobil yolunun layihə sənədlərinin hazırlanması istiqamətində işlər həyata keçirilir.
Binəqədi-Novxanı avtomobil yolunun layihələndirilməsi, Böyükşor-Pirşağı avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində yol qovşağının layihə smeta sənədlərinin hazırlanması (mərhələ 2), Böyükşor yolu, Ziya Bünyadov prospekti, Babək prospekti və 8 Noyabr prospektini birləşdirən yeni magistral avtomobil yolunun layihə smeta sənədlərinin hazırlanması, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində ("Nargilə" kafesinin yanı) yol ötürücüsünün layihələndirilməsi üzrə təkliflər hazırlanıb.
Lökbatan-Xocəsən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə Zığ-Hövsan şosesini birləşdirən yeni həlqəvi avtomobil yolunun, o cümlədən Bülbülə gölünün qərbindən keçməklə Sabunçu dairəsi ilə Zığ şosesini birləşdirəcək yeni həlqəvi şəhər magistralının yaradılması və s. kimi layihələrin həyata keçirilməsi planlaşdırılır.
Məsələni saytımızın sosial şəbəkə hesablarında şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu layihələr düzgün şəkildə yekunlaşdırılsa, Abşeron yarımadasındakı tıxaclar aradan qalxa bilər:
“Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı Kənar Dairəvi yolu ilə Ziya Bünyadov prospektini əlaqələndiriləcək. Yəni artıq Sulutəpə qəsəbəsindən Sabunçuya getmək üçün “20 Yanvar” dairəsindəki xaosu görüb, Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiya tərəfdən keçərək H.Əliyev prospektindən Sabunçuya getməyə ehtiyac olmayacaq. Alternativ həll yolu təqdim olunur. İndiyə qədər bəzi səhvlərə yol verilib. İnsanların hər birini məcbur edirdik ki, gəlib şəhərin mərzkəzindən keçməklə geriyə dönüb harasa getmək mütləqdir. Həm də o vaxt Ziya Bünyadov prospektini Kənar dairəvi yol ilə birləşdirə bilmədilər. Keçmiş Nəqliyyat Nazirliyi böyük səhvlərə yol Verdi və bu gün həmin səhvlərin əziyyətini çəkirik”.
Ekspert canlı yayımda izləyicilərdən gələn sualları da cavablandırırb. Elməddin Muradlının həyata keçiriləcək layihələrlə bağlı şərh verdiyi həmin videonu sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












