Bakıda xanım sərnişinlər sürücünü aldadıb aradan çıxdılar - Diqqətli olun - VİDEO

Bakıda sərnişinlər taksi sürücüsünə ödəniş etmədən çıxıb gediblər.
Avtosfer.az xəbər verir ki, zərərçəkmiş sürücü hadisəylə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Onun iddiasına görə, xanım müştərilər dələduzluq edərək ərazidən uzaqlaşıblar.
Belə ki, “Memar Əcəmi” metrosu yaxınlığında düşən sərnişinlər öncə ödənişi kartla edəcəklərini bildiriblər. Ardınca kart hesablarının olmadıqlarını qeyd edərək gediş haqqını “M10”la sürücünün kartına köçürəcəklərini deyiblər. Fikrini dəyişən xanımlar daha sonra ödənişi başqa bir şəxsin kartla edəcəyini bildirərək maşından düşüblər. Sürücü sərnişinlərə yaxınlaşaraq kart hesabının onlarda olub-olmamasını soruşub. Bu zaman xanım sərnişinlərdən biri “hə” deyərək ödənişi qısa zamanda edəcəklərini və bu baxımdan sürücünün narahat olmamasını bildiriblər.
Lakin uzun müddət gözləyən sürücü kart hesabına pulun köçürülmədiyini qeyd edərək taksi fəaliyyətiylə məşğul olanları diqqətli olmağa çağırıb.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












