Bakıda yağışlı havada baş verən qəzalar - REAL VİDEOLAR
Yağışlı havada yol qəzaları tez-tez baş verir. Xüsusilə də magistral yollarda. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması və sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır. Avtosfer.az-ın təqdim etdiyi 3 videoda baş verən qəzalar da yağışda baş verib.

İlk video paytaxtın Neftçilər prospektində baş verib. Şəhər istiqamətində hərəkət edən edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirir. Maşın sürüşərək əks istiqamətdə hərəkətdə olan “Toyota” markalı avtomobilə dəyir. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyir.

İkinci qəza paytaxtın Fizuli küçəsində baş verib. “Toyota Prado” markalı avtomobilin sürücüsü qəfil əyləci basır. Yer isə sürüşkən olduğu üçün idarəetməni itirir. Avtomobil yolda çıxaraq işıq dirəyinə çırpılır.

Üçüncü qəza isə kənar dairəvi yolun Yasamal rayonundan keçən hissəsində qeydə alınıb. Qəfil əyləci basan sürücü idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yağmurlu havalarda yollarda görüntü məhdudlaşır: "Odur ki, sürücülər bu halda sürət həddini aşağı salmalı, yolun sağ zolağı ilə getməyə üstünlük verməli, son dərəcə diqqətli olmaq lazımdır. Görmə qabiliyyəti zəif olan insanların belə havalarda yola çıxması, mütamadi olaraq avtomobil idarə etməsi təhlükəlidir. Bu baxımdan düşünürəm ki, yağmurlu havalarda yalnız peşakar sürücülərin sükan arxasında olması məqsədəuyğundur."

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sürücülər meteoroloji şəraiti nəzərə almaqla avtomobillərini idarə etməlidirlər: “Günün pik saatlarında havaların yağışlı olması, səhər havanın gec işıqlanması, axşam isə tez qaralması hərəkət iştirakçılarının görmə qabiliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmalı, ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq”.
Videonu təqdim edirik:
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
















