“Bakını bu vəziyyətə qoyanlar əl-qolunu yelləyib gəzir” – EKSPERT MƏMURLARI TƏNQİD ETDİ - VİDEO

Ötən ilin oktyabr ayında Bakıya yağan aramsız yağış səbəbilə şəhərin bir çox ərazilərində problemlər ortaya çıxdı. Paytaxtın küçə və prospektlərini su basması nəticəsində nəqliyyat iflic oldu, insanlar gedəcəkləri ünvana qurşağa qədər suyun içinə bataraq getməyə məcbur qaldılar. Bağırov körpüsünün alt hissəsinə qədər suyun səviyyəsi qalxdı. Bu azmış kimi, Sabunçu tunelində yaranan vəziyyət iki nəfərin həyatına son qoydu. Hadisədən sonra aidiyyəti qurumlar tərəfindən komissiya yaradılıb və hər iki əraziyə baxış keçirilib, yaranan vəziyyət dəyərləndirilib. Bunu Bakının meri Eldar Əzizov hadisədən sonra jurnalistlərə verdiyi açıqlamada bildirmişdi.
Avtosfer.az xəbər verir ki, analoji hal dünən axşam saatlarından etibarən Bakıda yenidən yaşanıb. Fasiləsiz yağan yağış şəhər küçələrini keçilməz hala gətirib, Bağırov körpüsü və Sabunçu tunelini yeni su basıb.

Mövzu ilə bağlı saytımıza açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, Heydər Əliyev prospektinin ətrafında yeni yaşayış binaları, şirkətlər tikilir. Lakin bu tikintilər zamanı bir sıra prosedurları yerinə yetirmək unudulur:
“Bu şirkətləri tikənlər məmur-oliqarxlar, başqa-başqa imkanlı şəxslərdir. Belə binalar tikilməzdən əvvəl mütləq şəkildə şəhərsalma qaydalarına uyğun ərazi seçilməlidir. Su-kanalizasiya sistemi qurulmalı, işıq, qaz və digər kommunal məsələlər həll edilməlidir, daha sonra bina tikilməlidir. Amma bizdə əksinə, bina tikildikdən sonra digər məsələlərə baxılır. Onda da məlum olur ki, ərazinin mövcud kanalizasiya sistemi əlavə tikintinin gücünü götürmür.

Bakının bu vəziyyətə düşməyinə səbəbkar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, əvvəlki “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyidir. Şəhərdə bu vəziyyəti yaradan məmurların heç biri cəzalandırılmayıb, məsuliyyətə cəlb edilməyib. İstər nəqliyyat infrastrukturu, istər su-kanalizasiya sistemi, istərsə də yaşıllıqların məhv edilməsi ilə əlaqəli məmurların hamısı əl-qolunu yelləyib gəzir, insanlar da hər yağışda bu əziyyəti çəkir”.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












