Bakının mərkəzində kələ-kötür yol niyə təmir edilmir? - AAYDA və BNA-nın DİQQƏTİNƏ - VİDEO

Səbail rayonu, Mehdi Hüseyn küçəsində kələ-kötür yol sürücüləri narahat edir. Avtosfer.az xəbər verir ki, söhbət Nazirlər Kabineti ilə üzbəüz parkın arxasındakı balaca yoldan gedir. Sürücülər parkın yanından sağa düşəndə sanki hansısa dağ yolu ilə hərəkət edirlər. Görüntülərdən və ərazidə olanların gördüyü mənzərədən də aydın olur ki, bu 100 metrlik yolda indiyədək yüzlərlə avtomobilin altı sürtünüb. Sürtünmə izlərlə sürücülərə xeyli miqdarda maddi ziyanın dəydiyini göstərir.
Şəhərin mərkəzində belə bir biabırçı mənzərənin olması Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin yollara doğru-düzgün nəzarət edə bilməməsinin nəticəsidir. Bu cür problemləri ya görmürlər, ya da özlərini görməzliyə vururlar.
Ümid edirik ki, problem tezliklə aradan qaldırılacaq. Çünki Bayıldan gələn sürücülərin Teymur Elçin küçəsindən Lermontov küçəsinə birbaşa daxil olması qadağandır. Teymur Elçin və Mehdi Hüseyn küçələrinin kəsişməsindəki svetofordan da sağa getmək qadağandır – yalnız sola – Şəhidlər Xiyabanı istiqamətində hərəkətə icazə verilir. Buna görə də, sürücülər Mehdi Hüseyn küçəsinə yalnız həmin o kələ-kötür yoldan istifadə etməklə daxil olurlar. Sürət biraz yüksək olduqda və sürücü o yoldan ilk dəfə istifadə etdikdə sedan tipli avtomobillərin əksəriyyətinin altı asfalta çırpılır.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












