Bakıxanovdakı zavodda gecə 3-ə qədər əyləncə proqramı keçirilir, sakinlər narazıdır - VİDEO

Bakıxanov qəsəbəsində sakinlər artıq uzun müddətdir ki, ətrafdakı səs-küy və nəqliyyat sıxlığından narahat olduqlarını bildirirlər. Sakinlərin şikayətinə səbəb isə adıçəkilən ünvanda “Bakı Tələbat Qabları” ASC-nin həyətində vaxtaşırı keçirilən əyləncə tədbirləridir.
Süleyman Sani Axundov küçəsində baş verən hadisə bilə bağlı vətəndaşlardan biri Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərib. Vətandaş bildirir ki, yaranan vəziyyət artıq bütövlükdə məhəllə sakinlərini narahat edir.
Videomaterialda aydın şəkildə əks olunur ki, zavod ərazisində keçirilən tədbirlər axşam saatlarından başlayaraq, gecə yarısına qədər davam edir. Sakinlərin sözlərinə görə, bu tip əyləncələr bəzən həftədə bir dəfə, bəzən isə 10 gündə bir təşkil olunur. Tədbirlər zamanı yüksək səsli musiqilər, xüsusilə də disko formatında ifalar, ətraf məhəllələrdə yaşayan insanların sakitliyini pozur.
“Evimin qapısının önü avtomobillərlə dolu olur. Avtomobil ilə girmək də, çıxmaq da mümkün olmur. Səs-küy gecə saat 1-ə, hətta 3-ə kimi davam edir. Bu səsdə yatmaq mümkün deyil. Mənim kimi əziyyət çəkən çox sayda sakin var. Bu yaşayış zonasına uyğun olmayan bir davranışdır”, – deyə ərazidə yaşayan vətəndaşlardan biri bildirib.
Qeyd edək ki, mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əsasən, gecə saatlarında, yəni 23:00-dan sonra ictimai asayişi pozan səviyyədə səs-küy yaratmaq, xüsusilə də yaşayış ərazilərində, qanunla qadağandır. Belə hallarda məsul şəxslər barəsində inzibati tədbirlər görülə bilər. Bununla yanaşı, əgər ərazidə səs kirliliyi qəbul olunmuş normalardan artıqdırsa, qanunvericiliyə əsasən hüquqi şəxslər 10000 manat cərimə oluna bilər.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












