Bu küçədə sürücülər qayda pozmağa məcbur edilir - VİDEO

Paytaxtın Mikayıl Müşfiq küçəsində hərəkətin təşkilində ciddi problemlər var. Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bu barədə videogörüntü paylaşıb. Ekspert qeyd edir ki, Mikayıl Müşfiq küçəsi ilə İsmayıl bəy Qutqaşınlı küçələrin kəsişməsində sağ zolaqda yalnız sağa dönmə nişanı qoyulub. Bu isə sürücülər üçün çətinlik yaradır. Belə ki, küçədə ən sağ zolaq velosipedçilər üçün ayrılıb.
Sağ zolaqda isə düzünə hərəkət qadağandır. Lakin İsmayıl bəy Qutqaşınlı küçəsinə nadir hallarda avtomobillər dönür. Burada əsas yük düzünə Abdulla Şaiq küçəsi istiqamətindədir. Yaxınlıqda isə avtobus dayanacağı var. Avtobuslar dayanacaq çıxanda isə sağ zolağı tərk edə bilmir. Çünki ərazidə daimi sıxlıq mövcuddur. Odur ki, avtobus sürücüləri qayda pozmağa məcbur olur.
Qeyd edək ki, bir müddət əvvəl də həmin ərazidə velosiped zolağı olmayanda analoji hal mövcud idi. Avtosfer.az məsələni işıqlandırandan sonra yol hərəkətində dəyişiklik edildi. Velosiped zolağı çəkildikdən sonra isə yenidən həmin nişan qoyulub. Ümid edirik ki, bir dəfə etdiyi səhvi təkrarlayan qurum bunu aradan qaldıracaq.
Videonu təqdim edirik:
Fərid
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












