“Ekologiya postu”nda istifadəyə yararsız avtomobil saxlanılıb duracağa yerləşdirildi - 99-JM-588 -VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları 99-JM-588 qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobili saxlayıb.
Avtosfer.az xəbər verir ki, saxlanılan avtomobilin konstruksiyasında müəyyən dəyişikliklər edilib və texniki cəhətdən nasaz vəziyyətdə olduğu müəyyənləşib. İşıq cihazları, ön alın şüşəsi və maşının salonu nəqliyyat vasitəsinin istismarını qadağan etmək üçün əsas verib. Qeyd edilənləri nəzərə alaraq, yol polisi əməkdaşları nəqliyyat vasitəsini cərimə meydançasına yerləşdirib.

Əldə etdiyimiz görüntülərdən də aydın olur ki, nəqliyyat vasitəsinin salonunda yükdaşıma qaydalarının kobud şəkildə pozulması müşahidə edilir. Salon həddən artıq çirkli, oturacaqlar tamamilə bərbad vəziyyətdədir. Nəqliyyat vasitəsini qeyd olunanlar fonunda idarə etmək təhlükə yaratdığı üçün avtomobilin istismarına icazə verilməyib.
Həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












