Əks yola çıxan “Mitsubishi” “Opel”lə toqquşdu: 5 nəfər öldü, 6 nəfər yaralandı – FOTO + VİDEO

Moldovada iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 10-da səhər saatlarında Kişinyov şəhəri yaxınlığında Kodryanka kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, “Mitsubishi” markalı minik avtomobilinin 22 yaşlı sürücüsü “ötmək qadağandır” nişanının tələbini pozaraq əks yola çıxaraq ötmə əməliyyatını yerinə yetirib və əks yolda hərəkətdə olan 37 yaşlı sürücünün idarə etdiyi “Opel” markalı minik avtomobili ilə toqquşub.
Zərbənin təsirindən hər iki avtomobildə yanğın başlayıb.
Qəza zamanı maşınlarda ümumillikdə 11 nəfər – “Mitsubishi”də 3 yetkin və 2 uşaq, “Opel” də isə 3 yetkin və 3 uşaq olub. Nəticədə 5 nəfər yanaraq ölüb.
Bildirilir ki, xilasediclər gələnə kimi, hadisə şahidləri “Opel”dən 1 yetkin və 2 uşaq, “Mitsubishi”dən 3 uşaq xilas ediblər. Yaralılar daha sonra xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev



Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












