Əli yox, ayağı yox, maşın sürüb təhlükə yaradır - VİDEO
Sosial şəbəkələrdə həyat yoldaşı tərəfindən çiynində daşınması ilə tanınan əlil Elnur Əfəndiyevin sosial şəbəkələrdə yeni videosu yayılıb. Avtosfer.az xəbər verir ki, Elnur avtomobil idarə edib və videosunu çəkərək sosial şəbəkələrdə yayıb. Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, Elnurun bu cür avtomobil idarə etməsi təhlükəlidir. "Hər hansı bir vəziyyət yaranarsa qəza ola bilər. Videodan da görünür ki, onun əlləri yoxdur və sükanı qolu ilə tutub. Bu isə sürücünün manevr imkanlarını çətinləşdirir. Həmçinin nəzərə alsaq ki, həm də qaz və əyləci də qolları idarə edir ki, bu ikiqat təhlükədir."
Ekspert deyir ki, xarici ölkələrdə hətta bir barmağı olmayan şəxslərə belə sürücülük vəsiqəsi verilmir: "Biz Elnurun yenidən həyata tutunmasını alqışlayırıq. Amma bu vəziyyətdə avtomobil idarə etməsi ilk növbədə onun özünə təhlükədir. Diqqət etsəniz nə özü, nə həyat yoldaşı nə də övladı təhlükəsizlik kəmərindən istifadə etmir. Hər hansı bir qəza olarsa bu ailə faciəsi ilə nəticələnə bilər. Tövsiyə edirik ki, Elnur avtomobil idarə etməsin. Yaxşı olar ki, onun yükünü daim çəkən həyat yoldaşı bu missiyanı da öz üzərinə götürsün."
Fərid
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












