“Erməni tərəfinin itkiləri yeddi mini keçib” - “Caliber”-dən VİDEO
Avtosfer TV
5 Yanvar 2021 15:18

Qarabağda baş vermiş döyüşlərin aktiv fazasının sona çatmasından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan hökuməti hələ də itkilərinin sayı barədə dəqiq məlumatları ölkə ictimaiyyəti ilə paylaşmayıb. Bu barədə “Caliber” layihəsinin “Youtube” kanalında qeyd olunub. Ermənilər tərəfindən itkilərin sayı barədə ayrı-ayrı tarix və zaman aralığına aid olduqca müxtəlif rəqəmlər səsləndirilib.
Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yanvarın 2-də 3330 erməni döyüşçünün öldürüldüyünü təsdiqləyib. A.Nikoqosyanın açıqlamasına diqqət yetirdikdə, bu rəqəmin hələlik ekspertizadan keçməyən və şəxsiyyəti müəyyən edilməyənlərlə birlikdə ən azı 4335 olduğu ortaya çıxır.
Separatçı rejimin açıqlamalarındakı rəqəmlər də nəzərə alındıqda, bu rəqəm 5490-a qədər yüksəlir.
Ermənistanın Vəhşi Təbiətin Mühafizəsi Fondunun açıqlamasından bu rəqəmin altı minə qədər yüksəldiyini söyləmək olar.
Lakin erməni tərəfinin heç bir siyahıda adı olmayan döyüşçüləri də olub. Belə ki, Ermənistan hökuməti hətta xaricdən gələn bir çox ermənini də heç bir siyahıyaalma olmadan silahlandıraraq, cəbhəyə göndərib. Siyahısı tutulmayan döyüşçülərin adını isə itkilərin siyahısında görmək mümkün deyil. Belə olan halda müharibə zamanı erməni tərəfinin itkilərinin ümumilikdə yeddi mini keçdiyini rahatlıqla söyləmək olar.
Oxunub : 2390
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 14:00
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
12 Noyabr 2026 13:30
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
11 Noyabr 2026 17:41
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
9 Noyabr 2026 19:00
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
6 Noyabr 2026 11:00
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
5 Noyabr 2026 10:30
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
4 Noyabr 2026 16:06
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
4 Noyabr 2026 14:53
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
4 Noyabr 2026 09:36
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
3 Noyabr 2026 11:30
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
3 Noyabr 2026 10:30
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
2 Noyabr 2026 13:30
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
ŞƏRH YAZ












