Harada gəldi maşının qapısını açan sürücülər təhlükə yaratdı - VİDEO

“Yol hərəkəti haqqında” qanunun əsas tələblərindən biri də sürücünün manevr qaydalarına reaksiyasıdır. Burada ilk növbədə avtomobili hərəkətə gətirərkən sürücü nələr etməlidir sualına cavab tapırıqsa, eyni zamanda avtomobili dayandırdıqdan sonra da sürücünün nələrə diqqət etməsi vacib şərtlərdəndir. Onlardan biri də maşını saxlayan kimi qapını açıb təhlükəli vəziyyət yaradan sürücülərdir. Avtosfer.az-ın təqdim etdiyi bu videomaterial Bəşir Səfəroğlu küçəsində, Ağır Cinayətlər Məhkəməsinin yanında çəkilib. Göründüyü kimi, sağda park edilən iki avtomobilin sürücüsü qəflətən qapını açaraq maşından düşürlər və beləliklə də onsuz da darısqal olan küçədə təhlükəli vəziyyət yaradırlar. Hərəkətdə olan avtomobilin sürücüsü bir az diqqətsizlik etsə, maşının qapısını qırıb aparacaq.
Belə hadisələr çox olur. Ona görə də sürücüləri diqqətli olmağa, qapını açmamış yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin olub-olmadığına diqqət etməyə çağırırıq.
Nərminə Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












