İşıqfordan düzgün istifadə etməyən piyada və sürücülər xaos və qəzaya səbəb olurlar - VİDEO

Məlumdur ki, paytaxtın bir sıra küçə və prospektlərində piyadaların rahat şəkildə hərəkəti üçün keçidlər mövcuddur. Nizamlanmayan piyada keçidlərindən fərqli olaraq, nizamalanan keçidlər işıqforla tənzimlənir. Belə ki, işıqforun göstərdiyi vaxta görə sürücü və piyadalar yoldan istifadə edirlər. Lakin bəzi sürücü və piyadalar nizamlanan keçidlərdən düzgün şəkildə keçmirlər. Onlar növbələrini gözləmədən keçdikləri üçün özlərini təhlükəyə atırlar və nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədirlər. Piyadalar üçün quraşdırılmış işıqforlara fikir vermədən yolu keçən piyadalar və işıqforun bir neçə saniyəsinə dözməyən sürücülər kifayət qədərdir. Bu hallar yolayrıcında xüsusilə vəziyyəti çətinləşdirir.
Qeyd etdiyimiz məsələylə bağlı sosial şəbəkədə paylaşılan video müzakirələrə səbəb olub. Görüntüdən aydın olduğu kimi, nizamlanan keçiddən istifadə edən piyadalar işıqfora fikir vermədən kütləvi şəkildə yolu keçməyə cəhd edirlər. Bu zaman keçidə yaxınlaşmaqda olan sürücü maşını saxlayaraq onlara yol verməli olur. Lakin ondan arxada olan sürücü siqnal verərək hərəkətinə davam etməsini bildirir. İşıqforun son saniyələrində yolayrıcına daxil olan sürücü bu halda da qarşıdan gələn maşınların hərəkətinə maneə yaratmış olur. Bir sözlə, xaos yaradır, qəzaya gətirib çıxara bilir.
Məhz bu səbəbdən piyada və sürücülər nizamlanan keçidlərdə işıqfora diqqət etməli və öz növbələrində yolu keçməlidirlər.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












