Küçəyə zibil atanları hansı cəza gözləyir? – Kamera və polis, yoxsa ictimai qınaq? - VİDEO

Küçə və yollara hər hansı əşyanı atanları məsuliyyətə cəlb etmək üçün İnzibati Xətalar Məcəlləsinə dəyişiklik qüvvəyə minib. Məcəlləyə əlavə edilmiş 352-ci maddədə qeyd olunur ki, yollara və ya yol qurğularına tullantını və ya nəqiliyyat vasitələrindən hər hansısa əşya atılmasına görə fiziki şəxslər 200, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə ediləcək.
Avtosfer.az bununla bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Vətəndaşlar artan cərimələrin doğru olduğunu və nəticədə küçələrin daha təmiz qalacağını bildiriblər. Xüsusilə, moped və motosiklet sürücüləri tullantıların yerə atılmasının onlar üçün ikiqat təhlükə olduğunu vurğulayıb.
Avtomobil sürücüləri də qanunda baş vermiş dəyişikliyə müsbət fikir bildiriblər. Sürücülər cərimələrin artmasının lazım olduğunu və bunun avtomobillərdən atılan tullantıların qarşısını alacağını düşünürlər.
“Bakı Abadlıq Xidməti”nin əməkdaşı isə bildirib ki, avtomobillərdən küçəyə daha çox siqaret və su qabları atırlar. Paytaxta gələn qonaqların şəhərimizi daha səliqəli görmələri üçün çalışdıqlarını bildirən əməkdaş cərimələrin artmasından məmnun olduğunu bildirib.
Vətəndaşların bəziləri isə artan cərimələrdən xəbərdar olmadıqlarını söyləyiblər.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik artıq təsdiq edilib. Bundan sonra sürücülər və piyadalar bilməlidir ki, küçələrə, yollara zibil atmaq daha ciddi məsuliyyət yaradır: “Ancaq nəzarət mexanizminə diqqət etmək lazımdır. Çünki küçəyə zibil atanların hamısı polis və kameralar görə bilməyəcək. Bunu görənlər daha çox vətəndaşlar olacaq. Odur ki, vətəndaşların ictimai qınaq məsələsində fəal olması vacibdir. Ümumiyyətlə, küçə mədəniyyəti ən vacib elementlərdən biridir. Evdə özlərini necə aparırlarsa, necə təmizliyə riayət edirlərsə küçədə də bu cer olmalıdır”.
Daha ətraflı videomaterialda:
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












