"Lipa" nömrə istifadə edən sürücüləri hansı CƏRİMƏLƏR GÖZLƏYİR? – DYP-dən AÇIQLAMA - VİDEO

Sürücülər arasında "lipa" adlandırılan bu nömrələr daha çox fərdi adlar, soyadlar, ləqəblər və ya digər ölkələrə məxsus qeydiyyat nişanları formasında hazırlanır.
Avtosfer.az-ın xəbərinə görə, bu nömrələri satan şəxslərlə əlaqə yaradılıb. Bildirildi ki, satış yalnız onlayn şəkildə mümkündür. Qiymətləri isə 15 manatdan 35 manata qədər dəyişir. Çatdırılma müddəti 2 gün ərzində həyata keçirilir. Nömrələrin materialı isə plastik və ya metal ola bilər.
Bu nömrələrin istifadə dairəsi əsasən avtoxuliqanlıq edən və ya qanun pozuntusuna yol verən sürücülər arasında geniş yayılıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə nömrələrdən istifadə edən şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb edilir. Belə nömrələrin istifadəsi təhlükəsizliyə ciddi təhdid yaradır və yol hərəkəti qaydalarının pozulması deməkdir. Qanunsuz nömrələrdən istifadə edən şəxslər hüquqi məsuliyyətdən yayınmaq üçün bu üsula əl atsalar da, Dövlət Yol Polisi belə halların qarşısını almaq üçün müvafiq tədbirləri gücləndirir.
Ətraflı videomaterialda.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












