Maşından çıxıb təhlükəli hərəkətlər edən sərnişin yola düşdü - Sonu ölümdür - VİDEO

Avtomobildə əyləşən hər bir sərnişin ilk növbədə təhlükəsizlik kəmərindən istifadə etməlidir. Təəssüf ki, əksər sərnişinlər təhlükəsizlik kəməri taxmırlar. Bu hal qəza şəraiti, yaxud qəza zamanı sərnişinin ağır xəsarət almasına, hətta ölümünə gətirib çıxara bilər.
Təsadüfi deyil ki, sərnişinlərin xəsarət aldığı, hətta onların ölümüylə nəticələnən yol qəzaları kifayət qədərdir. Belə bədbəxt hadisələrin maksimum azalması üçün vacib məqamlardan biri də təhlükəsizlik kəmərindən istifadə olunmasıdır.
Bəzi sərnişinlər nəinki kəmərdən istifadə etmirlər, hətta təhlükəli hərəkətlər edərək özlərini riskə atırlar. Xüsusilə gənc nəslin nümayəndələri arasında maşının yan şüşələrindən, lyukundan başını, hətta bədəninin yarısını çölə çıxararaq və ya avtomobilin yük yerində oturaraq “şou” göstərənlər də az deyil. İşin ən acınacaqlı tərəfi isə onların törətdikləri əməlin qəzayla nəticələnə biləcəyini gözə almalarıdır. Adətən gənclər toy karvanında və ya kütləvi şəkildə avtoxuliqanlıq etdikləri zaman qeyd etdiyimiz davranışlara yol verirlər.
Elə vurğuladığımız məsələylə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, müxtəlif vaxtlarda qeydə alınmış videolarda təhlükəli hərəkətlər nümayiş etdirən sərnişinlər lentə alınıb. Belə ki, maşının yan şüşəsindən bədəninin yarısını çölə çıxaran gənc oğlan manevr zamanı asfalta yıxılıb. Xoşbəxtlikdən arxadan gələn nəqliyyat vasitələrinin sürücüləri onu görərək ehtiyatlı davranıblar.
Toy kortecində qeydə alınmış digər görüntüdə isə sərnişin maşının yük yerində uzanıqlı halda oturaraq arxadan gələn maşındakı sürücü və sərnişinlə dialoq qurub.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












