"Məhəllə Market"in sahibi məhəlləni mühasirəyə alıb - SAKİNLƏRDƏN ŞİKAYƏT - FOTO - VİDEO

Bakıda obyekt sahibinin yolu kəsməsi ilə bağlı redaksiyamızın qaynar xəttinə şikayət daxil olub. Avtosfer.az xəbər verir ki, videogörüntü paytaxtın Xudu Məmmədov küçəsində (245 saylı orta məktəbin yaxınlığında) yerləşən binaların birinin həyətində qeydə alınıb.
Belə ki, "Məhəllə Market"in sahibi mağazanın qarşısını mişar daşları ilə əhatəyə alaraq hərəkəti məhdudlaşdırıb. Redaksiyamıza müraciət edən sakinlər bildirirlər ki, yola düzülmüş maneələr onların hərəkətinə çətinlik yaradır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yola maneələr qoymaqla hərəkəti məhdudlaşdıran fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Fərid


Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












