Məhəllələrdə alternativ yolları kim bağlayır? - Hərəkətə qəsdən mane olurlar - VİDEO

Paytaxtın bir sıra məhələlərində bina sakinləri əraziyə avtomobillərin girişini məhdudlaşdırmaq üçün yerdə müxtəlif maneələr quraşdırırlar. Bunlar əsasən kustar üsulla düzəlilən metal şlaqbaum, kərpic, dirək və digər maneələrdir.
Avtosfer.az xəbər verir ki, Binəqədi rayonu 7-ci mkr-da anlaloji hal baş verib.
Belə ki, Süleyman Sani Axundov və Abay Kunanbayev küçələrinin kəsişməsində binanın qarşısına qoyulan daşlar nəqliyyatın hərəkətini məhdudlaşdırır və sürücülər üçün ciddi çətinliklər yaradır. Sakinlərin bu cür addımları yolu bağlayaraq avtomobillərin rahat və maneəsiz keçməsinə əngəl törədir. Sürücülər daralan keçiddə manevr etməkdə çətinlik çəkir və bəzi hallarda alternativ yol axtarmaq məcburiyyətində qalırlar. Bu isə nəqliyyatın axınına mənfi təsir göstərir və ərazidə narazılıq yaradır.
Qeyd edək ki, qaydaları bu cür pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimə edilir.
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












