MMA döyüşçüsü qayda pozub özünü haqlı sayan sürücünü döydü - VİDEO

Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat, aktiv MMA döyüşçüsü Vladimir İvaşkin yol mübahisəsi zamanı bir nəfəri döyüb.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Krasnoyarsk şəhəri 2-ci Bryanskaya küçəsində baş verib.
Artıq V.İvaşkin izahat vermək üçün polis şöbəsinə çağırıldığını təsdiqləyib.
Məlumata görə, yol hərəkəti iştirakçılarından biri dairədə hərəkətdə olan avtomobilə yol verməyib. Bundan sonra avtomobillər yolun hərəkət hissəsində dayandırılıb və dairəyə yol verməyən maşının sürücüsü məsələni aydınlaşdırmaq üçün digər həmkarının üzərinə şığıyıb. Lakin, cavabında üzünə yumuruq zərbələri alıb.
“Mən bilmirəm, o, ərizə yazıb, yoxsa yazmayıb, mən hələ heç nə başa düşmürəm. Mən artıq izahat vermişəm, qaydanı o, pozmuşdu. O, bitişik yolda hərəkət edirdi, mən isə dairəvi yolda gedirdim, burada səhv odur – deyə V.İvaşkin yerli KİV-ə bildirib.
ММА döyüşçüsü qeyd edib ki, hadisə nəticəsində zərərçəkmişə göz orbital sınığı diaqnozu qoyulub.
Xatırladaq ki, İvaşkin Rusiya Federasiyasında turnirlərdə iştirak edən ən yaşlı MMA döyüşçülərindən biridir. O, Nazarovo şəhərindəki “Pride” idman klubunun sahibidir.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












