Müğənni Röya canlı yayında kəmər taxmamağı təbliğ edir – Elməddin Muradlı - VİDEO

“Yollar bizi ayırmasın” layihəsinin növbəti buraxılışında yollarda baş hadisələrə yol hərəkəti qaydaları və nəqliyyat üzrə üzrə ekspert Elməddin Muradlı ilə aydınlıq gətirilib. Təbii ki, məşhurlar da müzakirə obyelti olublar. Layihə məşhurların yollardakı qəzalarından bəhs edir.
Məşhurların qayda pozuntusunu nümayişkanə olaraq videoya çəkib sosial şəbəkələrdə bölüşməsi sanki bir dəb halını alıb. Belə əməllər cəmiyyətdə birmənalı qarşılanmır. Bu tendesiyanın yayılması səbəbi, belə şəxslərin hansı məsuliyyəti daşıdığını nəqliyyat və yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı ilə aydınlaşdırmağa çalışımışıq.
Təəssüflə qeyd etmək lazımdır ki, məşhurlar bəzən etdikləri qayda pozuntularının fərqinə belə varmırlar. Bəzi hallarda isə hətta bilərəkdən yol hərkəti qaydalarını kobud şəkildə pozub, bunula da digər yol hərəkəti iştirakçılarına təhlükə yaradırlar.
Yollarda özlərinə və digərilərinə təhlükə yaradan sürücülər avto xuliqanlardır. Öz aləmlərində avtoş kimi çağrılan bu şəxslərin hansı səbəbdən belə əməl törətdikləri olduqcaq maraqlıdır.
Qəzaların baş vermə səbələrindən biri də sürücülərin yorğun və ya yuxulu vəziyyətdə avtomobil idarə etməsidir.
Azərbaycanın xalq artisti Flora Kərimova vaxtı ilə avtomobil idarə edib. Müsahibələrinin biirndə o belə deyib: anam mənə avtomobil aldı, mən də oturub sürdüm. 2 gündən sonra qəzaya düşdüm. Düz ay yarım onun əziyyətini çəkdim, nəfəs ala bilmirdim. Çox sürətlə sürürdüm, mənə ərkəsöyün yanaşdılar, ərkəsöyünlük etməyə icazə verdilər. Mən də elədim, ta ki, özüm utanmayana qədər. Gördüm ki, daha ağını çıxarmışam, onda özümü yavaş-yavaş yığışdırdım.
Müğənni Şəbnəm Tovuzlu dəfələrlə sükan arxasında qaydaları pozaraq sosial şəbəkə hesabında videogörüntü paylaşıb. Yolda etdiyi səhv addımlara görə, müğənnini dəfələrlə tənqid olunub. Avtomobili idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etməməsinə dair qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb.
Qırmızıdan keçən 15 yaşlı sürücü ağır qəza törətdi - VİDEO
"İnfiniti" dayanacağa çırpıldı; 3 yaralı - VİDEO
WUF13-ün üçüncü günü qonaqlar üçün nələrlə yadda qaldı? – AÇIQLAMA - VİDEO
Avtoyuma məntəqəsində işləyən xanım yolun ortasında bıçaqlandı – VİDEO (18+)
Nömrəsiz “07” ilə “şou” göstərən sürücü yenidən CƏZALANDIRILDI - VİDEO
Qadın sürücü qazla tormozu səhv saldı; piyadanı vurub öldürdü - VİDEO
Moped sürən gənc yolun ortasında rəqs edib “şou” göstərdi - VİDEO
Yolun ortasında evakuator gözləyən sürücünü maşın vurub öldürdü - VİDEO
Oğurladığı motosikletlə polisdən qaçan gənc qəza törətdi - Düşüb piyada qaçdı - VİDEO
Qaranlıq yolda avtomobillərin üzərinə sürüb ölüm təhlükəsi yaratdılar - VİDEO
Polis rəisinin keçmiş müavini keçiddən keçən uşaqları vurdu – Həbs olunmadı - VİDEO










