Nasaz maşını avtobus zolağında saxlayan sürücü CƏRİMƏLƏNİB - VİDEO

Əsassız olaraq cərimələndiyini iddia edən sürücü saytımıza müraciət edərək problemini bildirib.
Avtosfer.az xəbər verir ki, sürücü bir müddət öncə paytaxtın Nizami rayonu “Neftçilər” metrosu yaxınlığında hərəkətdə olduğu zaman 90-NB-851 dövlət nömrə nişanlı “Opel Vita” markalı avtomobilin anidən söndüyü üçün yolda qaldığını deyib. O, digər nəqliyyat vaistələrinin hərəkətinə əngəl törətməmək üçün maşını itələyərək kənara - avtobus zolağına çıxardığını bildirib. Ardınca sürücü qəza işıqlarını yandıraraq avtomobilin arxa tərəfinə qəza işarəsini yerləşdirdiyini qeyd edib. Maşını çətinliklə də olsa işə sala bildiyini söyləyən sürücü daha sonra zolağı tərk edib. Lakin ona hadisədən bir neçə gün sonra noyabrın 5-də avtobus zolağına daxil olduğu üçün 2 bal və 100 manat məbləğində elektron cərimə tətbiq olunub.
Sürücü məsələylə bağlı Baş Dövlət Yol Polisi İdarəsində şikayətlərin qəbulunu həyata keçirən "Qaynar xətt"lə əlaqə saxlasa da, onun müraciətinə tutarlı cavab verilmədiyini vurğulayıb. Üzrlü səbəbdən zolağa məcbur qalaraq girdiyini iddia edən şikayətçi, təhlükəsizlik kamerasının sadəcə zolağı tərk etmə anını qeydə aldığını bildirib: “Müraciətimdə xahişim bu olub ki, zolağa girmə səbəbi aydınlaşdırılsın və üzrlü hesab edilərək elektron qərar ləğv edilsin. Yəni, mən avtobus zolağına bilərək girməmişəm, maşınım nasaz olduğu üçün daxil olmuşam. Mənə yönləndirilən 902 qaynar xəttinə zəng elədim. Onlar cavablarında qeyd etdilər ki, kamerada üçbucaq qəza işarəsi görünmür. Demək kamera lazım olmayanı görmür, yalnız zolaqda hərəkəti görür? Deyək ki, bu kamera filan rakursdan görmədi, ətrafda digər kameralar da mövcuddur. Kamera orta zolaqda qəfildən dayanan maşını da qeydə almayıb, yoldan necə çıxarılıb onu da çəkə bilməyib? Yaxşı ki, heç olmasa qəza işıqlarını zolaqdan çıxana qədər söndürməmişdim” - deyə, sürücü müraciətində qeyd edib.
Məsələ ilə bağlı DYP-nin mövqeyini öyrənməyə çalışacağıq.
Nərmin
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












