Oğuzda maşın satan dələduz Bakıda peyda oldu - Beh alıb qaçır - VİDEO - FOTO

Maşın satışı ilə məşğul olan şəxsin dələduzluq etməsi ilə bağlı redaksiyamızın qaynar xəttinə məlumat daxil olub. Avtosfer.az-a müraciət edən zərərçəkmiş şəxs bildirir ki, almaq istədiyi avtomobil üçün ondan 250 manat beh tələb olunub.
Avtomobilin Oğuz rayonunda olduğunu bildirən dələduz behi aldıqdan sonra zənglərə cavab verməyib. Zərərçəkmiş şəxs bildirir ki, onun tanışlarından biri maşın almaq adı ilə həmin dələduza zəng edib: "Tanışım ona zəng edərək maşını almaq istədiyini bildirən zaman dələduz yenidən beh istəyib. Bu zaman ona inanmağımız üçün görüntülü danışmağı tələb etdik. Dələduz tələyə düşərək tanışımla görüntülü danışdı və onun üzünü videoqeydə aldıq. Oğuz rayonunda olduğunu bildirsə də, görüntülü danışıq zamanı məlum olub ki, Xocəsən qəsəbəsindədir" - deyə zərərçəkmiş şəxs bildirib.
O, dələduzluq edən şəxsin tez bir zamanda tapılıb məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin əvəzinin ödənilməsini istəyir.
Ümid edirik ki, hüquq-mühafizə orqanları həmin şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində lazımi addımlar atacaq.
Könül Rauf
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
















