Özündən böyük yük daşıyan maşın yellənə-yellənə gedib təhlükə saçdı - VİDEO

Bakı-Sumqayıt şosesində təhlükə yaradan yük maşınının sürücüsü anbaan görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 12-də saat 12:25 radələrində qeydə alınıb. Videodan da görünür ki, 50-BN-553 dövlət nömrə nişanlı “ZIL” markalı yük maşınının sürücüsü avtomobilin yük yerinə həddindən artıq məişət tullantıları yığaraq sürüb. Bununla kifayətlənməyən sürücü maşının digər hissələrinə də zibillə dolu selofanlar asıb və dövlət nömrə nişanını bağlayıb. Nəticədə nəqliyyat vasitəsi həddindən artıq yükləndiyi üçün yol boyu yellənə-yellənə hərəkət edib və bu vaxt digər avtomobillərə təhlükə yaradıb. Hətta kadrda maşının yük yerindən tullantının yerə düşdüyü də aydın şəkildə əks olunub. Digər tərəfdən dar yolda yük maşınını bu vəziyyətdə idarə etmək qəza riskini daha da artırıb.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 57-ci maddəsinə əsasən, avtomobilin növündən asılı olaraq nəzərdə tutulmuş çəkidən əlavə yük daşımaq və onun yerə düşəcəyi şəkildə aparmaq qadağandır. Eyni zamanda yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutması da qayda pozuntusu hesab olunur.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












