Paytaxtda sürücülərə həsr edilmiş beynəlxalq konfrans keçirildi: NƏLƏR MÜZAKİRƏ OLUNDU? - VİDEO

Oktyabrın 15-də Bakıda növbəti əhəmiyyətli tədbir təşkil edilib. Avtosfer.az xəbər verir ki, paytaxtda Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Türkiyə Respublikası Sürücülük Təhsili İş Verənləri Həmkarlar İttifaqı, İstanbul Türkiyə-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycanın “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin dəstəyi ilə “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib.

Konfransın keçirilməsinin əsas məqsədi Türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyini yaradılmasına kömək etməkdir. Tədbirdə sürücülük təhsili sahəsinda tətbiq olunan dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusi ilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın istiqamətləri müzakirə edilib. Sürücülük məktəblərinin müəllim və rəhbərlərinin bir araya gəldiyi konfrans Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilib.

Konfransda çıxış edən nəqliyyat eksperti, Avtosfer.az saytının rəhbəri Elmədddin Muradlı bildirib ki, “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyi həm avtomobil idarəçilərinin və piyadaların, həm də hərəkətin digər iştirakçılarının maariflənməsi üçün işlər görür:
“Bu istiqamətdə Türkiyənin böyük təcrübəsinin olmağına güvənirəm. Bu konfransın da bizim aramızda körpü rolu oynayacağına ümid edirəm. Mənim xatirimdədir, 90-cı illərdə TRT kanalında “Trafik canavarı” adlı bir layihə vardı və yol qəzalarında insan itkisi çox olduğui üçün bu layihə vasitəsilə nəqliyyat sahəsində xeyli maarifləndirmə işləri görülürdü. O zamanlarda mənim 15-16 yaşım vardı. Xatırlayıram, layihədə belə bir şüar avrdı: ”Trafik kurallarına uyalım, uymayanları uyaralım”. Azərbaycanda da bu istiqamətdə görülməli işlərlə bağlı zərurət yarandı və buna görə biz fəaliyyətə başladıq”.
Həmin tədbirdən olan görüntüləri və Elməddin Muradlının çıxışını sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












